Venaların varikoz genişlənməsindən ehtiyatlı olun
Əgər siz ayaq qıcolmalarından və venaların varikoz genişlənməsindən (venanın genişlənmə və şişməsi) əziyyət çəkirsinizsə həddindən artıq ayaq üstündə çox durmayın. Venalar genişlənərək partlayıb güclü qanaxmaya səbəb ola bilər. Müdafiə olunmaq üçün siz kip paltar və xüsusi corab geyinə bilər və yatanda ayaqlarınızı azca qaldırmaq üçün onların altına yastıq qoya bilərsiniz.
Körpənizlə ünsiyyət yaradın
Artıq sizin uşağınızın eşitmə qabiliyyəti inkişaf etdiyinə görə siz onunla danışa və ya ona mahnı oxuya bilərsiniz. Uşağınızın hərəkətlərində hesablama aparın və onları hiss etmək üçün çalışın çarpayıda uzananda qarnınızı sığallıyasınız. Bu körpənizlə sizin aranızda mehriban münasibətlərin başlanğıcı ola bilər.
Ağız südü (ilk süd)
Hamiləliyin 33-cü həftəsindən başlayaraq siz qiperemiyanın, durğunluğun, süd kanalarının bağlanmasının və döş gilələrinin çatlamasının qarşısını almaq üçün ilk südünüzü sıxıb çıxartmalısınız. Bununla belə, əgər uşaqlıqda tonusla baglı sancı, gərginlik hiss etsəniz, sağma prosesini dayandırın. Əgər siz şübhə içindəsinizsə dərhal həkimə müraciət edin.
Dartılma əlamətlərini sakitləşdirin
Qarnınız böyüdüyünə görə döşdə və budda dartılma nəticəsində dəridə zolaqlar (stiyalar) yarana bilər. Əgər siz sürətlə çəki yığmamısınızsa dartılma əlamətlərinin olması şansı daha az olacaq. Yuyunandan sonra dərinizi yumşaltmaq üçün bədəninizə nəmləndirici krem və ya losyon sürtün və qarnınızı masaj edin.