Skip to main content
our story

Bizim fermalar

 
 
 

Təbiətdən hazırlanıb

 
nature_img16

Bizim fermalar

Qidalandırıcı maddələrlə zəngin quru süd istehsalı üçün,yüksək keyfiyyətli süd başlanğıc nöqtədir. Beləliklə, Friso-nun mənbəyi Niderlandda başlayır. Friso istehsalı üçün südlər bizim öz fermalarımızdan gəlir. Bizim şirkətin 14000-dən çox fermer təsərrüfatı və 140 ildən artıq işləyən süd sənayesi, yüksək keyfiyyətli süd istehsalı üçün, ideal mühitin yaradılmasına xidmət edir. Hətta torpağın keyfiyyəti daxil olmaqla fermanın bütün göstəricilərinə xüsusi diqqət yetirilir. Çünki biz bilirik ki, qidanın istehsal olunması üçün yaxşı bünövrə əsasdır. Bu təbii qidalandırıcılarla zəngin, yüksək keyfiyyətli süd istehsal etməyin başlanğıc nöqtəsidir.

nature

Cins inəklərə ev inəkləri kimi yanaşılır

İnəklər ana-təbiətin gözəl hədiyyəsinə malikdirlər. Onlar yüksək keyfiyyətli qidaları yüksək keyfiyyətli südə çevirirlər. İnəklər nə qədər sağlam olarsa, bir o qədər yaxşı süd verər. Bizim fermalarımızda yalnız premium keyfiyyətli südləri ilə tanınan cins inəklər saxlanılır. Açıq otlaqlar onların təmiz hava qəbul etməsinə və fiziki aktiv olmasına zəmanət verir. Onlara, sanki ailə üzvləriyimiş kimi fermerlər tərəfindən ad verilir və hər inəyə xüsusi qayğı göstərilir. Hər bir inəyin sağlamlıq vəziyyətinin izlənilməsi üçün xüsusi elektron xalta və nişanədən istifadə olunur. Bizim fermerlər inəkdən sağılan südün keyfiyyətinə nəzarət etmək üçün bütün tələbləri Yüksək Texnologiya sistemləri ilə birləşdirərək hər inəyi fərdi olaraq qidalandırır və qayğıya uyğunlaşdıra bilirlər.

nature_img33

Süd sahəsində iş təcrübəsi nəsildən-nəslə keçir

Süd təbii məhsuldur və təbiətə təzyiq göstərmək olmaz. Zəngin qidalı süd əldə etmək üçün, inəklər yüksək qayğı və bəsləmə tələb edir. İlin hər günündə bununla ardıcıl olaraq məşğul olmaq iş deyil bir çağırışdır. Bizim fermerlər üçün kənd təsərrüfatı ailədə başlayır. Onlar Holland südlük və heyvandarlıq təcrübəsini nəsildən-nəsilə verməklə qürur duyurlar. Yalnız ən yaxşıları gələcək nəsillərə ötürülür. Fermerlərimiz inəkləri sağlam saxlamaq və yüksək keyfiyyətli süd əldə etmək üçün, bu təcrübələri ən son Yüksək Texnologiya sistemi ilə birləşdirirlər. Onlar kənd təsərrüfatını təbiətin bir hissəsi kimi görürlər, eyni zamanda böyük məsuliyyət hiss edir və bilirlər ki, yalnız ətraf mühitə hörmət etməklə və davamlı çalışmaqla yüksək keyfiyyətli süd istehsalı təcrübəsini gələcək nəsillərə ötürə bilərlər.

Elmlə təkmilləşdirilmişdir

 
science_img13

Təbii keyfiyyətlərin saxlanması

Biz Niderlanddakı fermalarımızda təbii qidalandırıcılarla zəngin yüksək keyfiyyətli süd istehsal etdikdən sonra qidanın sizə ötürülməsini təmin etmək istəyirik. Bizim şirkətimiz öz bilikləri və təcrübəsi ilə süd sənayesində tanınıb və hər gün dünyanın 100-dən artıq ölkəsində milyonlarla insanı süd məhsulları ilə təmin edir. Bizim alimlərimiz südün 500-dən çox təbii qida maddələrinə və potensialına heyran olurlar. Uzun illər ərzində alimlərimiz prosesin hər mərhələsində südə zərif qayğı ilə yanaşaraq qida maddələri ilə zəngin süd emal etmək üçün xüsusi texnologiya yaratmışdırlar. Hər gün təbii qidalandırıcılarla zəngin təzə süd fermadan birbaşa zavoda gətirilir. Südün təbii keyfiyyətinin saxlanılması üçün, biz hər mərhələni tam nəzarətdə saxlayırıq, buna görə də bizim istehsal etdiyimiz süd uşağınızın daxildən möhkəm olması üçün onu qidalandırıcı maddələrlə təmin edən faydalı keyfiyyətləri özündə saxlayır.

science_img2

Keyfiyyət birincidir

Təbii qidalandırıcılarla zəngin, yüksək keyfiyyətli süd və süddə qidalandırıcı təlabatı saxlamaq üçün keyfiyyətə peşəkər nəzarət tələb olunur. Friso uşaq qidasının istehsalı və qablaşdırılması Beynəlxalq və Avropa keyfiyyət standartlarına tam cavab verir. Bu standartların tələblərinə necə əməl etdiyimizi bildirmək üçün hesab edirik ki, bir addım daha irəlidən başlamaq lazımdır. Beləliklə, biz mənbədən başlayırıq. Biz Niderlandda öz südümüzü istehsal edirik. Bizim şirkətdə 14000-dən artıq vəfalı fermer hər inəyin fərdi olaraq bəslənməsinə və sağlamlığına nəzarət etmək üçün çalışırlar. Bizim inəklərimiz yüksək keyfiyyətli otla qidalanırlar. Fermerlərimiz nəsillərdən qalmış Holland süd təcrübəsini müasir sağma texnologiyası ilə birləşdirərək, bütün proseslərə nəzərət etməklə keyfiyyətli süd əldə edirlər. Keyfiyyətin tam yoxlanılması üçün mütəmadi monitorinqlər keçirilir. Bununla da, Niderlandda prosesi tam başa çatdırırıq. Beləliklə, hər Friso bankası 100% Niderlandda istehsal olunur və qablaşdırılır. İstehsal zəncirinə tam nəzarət sayəsində biz Friso süd qatışığının tam istehsal prosesini izləyə bilirik.

Siz və sizin uşağınız

youandchild_canuse4

Friso hesab edir ki, uşaq üçün ən yaxşı müəllim həyat təcrübəsidir. Həyat təcrübəsi nə qədər çox olarsa, bir o qədər daha çox inkişaf olar. Məhz buna görə də Friso uşaqların daxilən güclü olmasını təmin etmək istəyir. Niderlandda öz fermerlərimizə və cins inəklərə malik olaraq, onların qayğısına ailə üzvü kimi qalaraq, etibarlı fermerlərimizin Yüksək Texnologiyalarla süd emalı və yoxlama sistemləri ilə süd təcrübəsini nəsillərə ötürərək, südü zərif qayğı ilə xüsusi emal edərək, əvvəldən axıra kimi keyfiyyətə tam nəzarət edərək biz hər Friso qabında sizin uşağınıza təbii qidalandırıcı südün yaxşı dəyərlərini verməyi təmin etmək istəyirik. Beləliklə onlar sizinlə birlikdə daha azad təcrübə əldə etmək üçün daxilən güclüdürlər. Friso. Daxilən güclü. Təbiət və Elm vasitəsilə.

FRİSONUN KEYFİYYƏTİ

FrieslandCampina ildə 10,3 milyard avro gəlirlə dünyada ən böyük Beynəlxalq Süd Korporasiyalarından biridir. Bizim Niderlandda, Almaniyada və Belçikada 14,132 fermer təsərrüfatımız (2012-ci ilin sonunda 19,487 fermer üzvü ilə) çalışır və 140 ildən çox birgə sahibkarlıq təcrübəsinə malikik. FrieslandCampina bütün dünyada yüz milyonlarla əhalini qida məhsulları ilə təmin etməkdə mühüm rol oynayır. FrieslandCampinanın məhsullarına süd əsasında hazırlanan içkilər, uşaq qidası, pendir, yağ, qaymaq, dessertlər və funksional süd əsaslı inqredientlər daxildir. İstehlakçılar üçün nəzərdə tutulmuş məhsullardan başqa FrieslandCampina qida və farmakoloji sənaye sahəsi üzrə olan peşəkar alıcıları da öz məhsulları ilə təmin edir. Fermerlərimizlə birlikdə biz davamlı olaraq südün tətbiqi ilə bağlı biliyimizi genişləndirən süd mütəxəssisləriyik. Belə biliklərlə dadlı pendir, sağlam südə əsaslanan içkilər və qida üçün mümkün olan ən yaxşı inqredientlərin istehsalı, həmçinin farmakoloji sənaye və onların arasındakı bütün marketinq mərhələləri inəklərin otladığı otun keyfiyyətdən başlayır. Royal FrieslandCampina bütün dünyada istehlakçıları süd və süddən hazırlanan yüksək keyfiyyətli məhsullarla təmin edir.