Hamiləliyin 6 ayında sizin uşağınız təxminən 28 santimetr uzunluğunda və və təxminən 660 qram çəkidədir. Sizin yaxınlarınız qulaqlarını qarnınıza yaxınlaşdıranda, onlar sizin uşağın ürək döyüntüsünü eşidə bilərlər!
Sizin uşağınızın onurğa sütunu getdikcə inkişaf edir və onun bədəni hal-hazırda proporsional olaraq, daha yığcam görsənir .
Onun eşitmə, dad və toxunma hissləri inkişaf edir. O sizin ürək döyüntünüzü eşidə bilir və bətninizdə səslərə reaksiya verə bilir. O, həmçinin şirin və acı dadları fərqləndirə bilir, eləcə də sizin əl toxunuşlarınıza əzələlərini sıxaraq, başını çevirərək və yumruqlarını sıxaraq cavab verəcək.