Skip to main content
Pregnant mothers

2 trimester - Analara məsləhətlər

Duruşuna və hərəkətlərinə diqqət yetirin.

Həddindən artıq ayaq üstə çox durmayın, hər iki ayağınızla bədən çəkinizi tarazlaşdırmağı unutmayın və onları azca aralı saxlayın ki, təzyiq ayağın altında mərkəzdə yerləşərək sizin üçün daha az yorucu olsun. Təxminən 20-ci həftədə siz bel ağrilarının qarşısını almaq üçün bandaj geyinməklə bağlı həkimlə məsləhətləşə bilərsiniz.

Qəbizliyin qarşısını alın
Səhər çoxlu su için və mütəmadi olaraq tualetdən istifadə edin. Bundan başqa, həzmə kömək üçün tərkibi liflərlə zəngin olan çox miqdarda meyvə və tərəvəz qəbul edin. Uşaqlıq böyüdükçə təzyiqlə bağlı olaraq sizin çanaq damarlarınız şişir və babasilə meyillilik yaradır. Zədələnmiş nahiyəni ehtiyyatla uşaq salfetləri və ya islanmış parçayla təmizləyə bilərsiniz.

Döş gilələrinə qulluq

Əgər siz ana südü ilə qidalandırmağı planlaşdırırsınızsa, çimdikdən sonra sakitləşdirici krem və ya zeytun yağını döşünüzün gilələrinə çəkin, təmiz barmaqlarınızla yumşaq dairəvi hərəkətlə masaj edin. Bunu gündə iki dəfə 5 dəqiqə olmaqla edin. Əgər döş gilələriniz yastı və çevrilmişdirsə siz 17-ci həftəsindən başlayaraq düşük təhlükəsini aşağı salmaq üçün gilələri çıxartmalısınız. Gilə yumşaq dartılmalı və gündə bir dəfə bir müddət vaxt tutub saxlanılmalıdır.