Skip to main content
Family_1year

1 yaş - Analara məsləhətlər

Sakitliyinizi qoruyun

Bir yaşından sizin uşağınızın müstəqillik hissi inkişaf etdiyinə görə o, öz hərəkətlərinə qarşı sizin reaksiyanızı yoxlaya bilər. O, qəsdən sizin istəyinizin əksinə oyuncaqlarını tullaya bilər,dağıda bilər. Hər hansı bir əşyanın üstünə düşə biləcəyinə təhlükə yaransa belə, onu özünə tərəf çəkə bilər. Ona sakitçə “yox” deyin və izah edin ki, niyə bunu etmək olmaz.

Uşağınızı hər şeylə maraqlanan və tədqiq edən olması üçün həvəsləndirin

Uşağınız sizə sual verəndə, çalışın ona ən sadə yolla izah edərək cavab verəsiniz. Onunla mahnı oxuyun, rəqs edin, belə ki, bu onun nitqini təkmilləşdirə bilər. Uşağınızı öz yaşıdları ilə ünsiyyət qurmağa öyrədin ki, o ailəsindən savayı başqa adamlarla da yola gedə bilsin.