Uşağınızın həyatının ilk bir neçə ili fizioloji və psixoloji inkişafı üçün həlledici dövrdür. Valideynlər yadda saxlamalıdır ki, uşaq üçün müxtəlif mərhələlərdə müxtəlif qidalar tələb olunur. Məsələn: zülal qidalanmanın əhəmiyyətli tərkib hissəsi olmasına baxmayaraq tədricən tətbiq olunmalıdır. Uşağın rasionuna zülalın kəskin əlavə edilməsi yalnız onun sağlamlığına zərər verə bilər.
1 – 3 yaş
Bu yaşda uşaqların böyük əksəriyyətinin süd dişləri inkişaf edir və buna görə də tədricən duru yeməklərdən quru yeməklərə keçirlər. Qidanın qəbulunun sayı, böyüklər üçün standarta uyğun olduğu kimi uşaqlarda da gündə üç dəfə olmalıdır. Eyni zamanda organizmin ehtiyaclarına uyğun olaraq ikinci səhər yeməyi və nahar sonrası sağlam qəlyanaltı şəkilində qida qəbul edə bilərlər. Gündəlik tarazlaşdırılmış qidalanma vacibdir, bunun üçün uşağınızın rasionunda kifayət qədər ət, düyü, göyərti, meyvə və tərəvəzlər olmalıdır. Həmçinin kalsiumu artırmaq üçün ona gündə ən azı iki fincan süd verin.