Ana südü haqqında gözəl xəbərlər
- Tərkibində çoxlu asan həzm olunan zülal var.
- Uşağınızın təbii qoruyucu gücünü möhkəmləndirir.
- Həmçinin o körpənin orqanizminə lazım olan hərarətdə daxil olur və ilkin hazırlıq tələb etmir!
- Ana südü ilə bəslənən körpələrdə sancılar, respirator və qulaq infeksiyaları, qəbiz, astma, allergiya hallarına daha az rast gəlinir.
- Ana südü ilə əmizdirmə gün ərzində analara təxminən 500 kalori yandırılmasını təmin edərək hamiləlikdən əvvəl olduqları formaya qayıtmasına kömək edir!
Ana südü ilə effektiv bəslənmə üçün nə etməli
- Uşaq anadan olan kimi dərhal onu ana südü ilə bəslənməsinə çalışın.
- Uşağınızla bir otaqda qalın ki, onu lazım olan anda dərhal yedizdirə biləsiniz.
- Öz qida rasionunuzu genişləndirməkdən çəkinin ona görə ki, effektiv ana südü ilə bəslənmə şansınızı maksimum artıra biləsiniz.
- Tərkibində kofein olan içki və qida məhsullarının istifadəsini məhdudlaşdırın, belə ki, onlar körpənizin əsəbiliyinə və narahatlığına səbəb ola bilər.
- Düzgün tənzimlənmiş qida rasionuna riayət edin.
- Ana südü ilə əmizdirmə problemə çevrilə bilər. Ehtiyacınız olan zaman, kömək istəməkdən çəkinməyin. Bu barədə internetdə çoxlu məlumat mövcuddur, eyni zamanda sizə faydalı məsləhət verə biləcək həkim-peditrlar və dəstək qrupları var.
- Ana südünün bütün üstünlüklərinə baxmayaraq, əgər siz uşağınıza süd qatışığı vermək qərarına gəlmisinizsə özünüzü günahkar hiss etməməlisiniz. Böyüməni və inkişaf etməni təmin edən keyfiyyətli süd qatışıqları mövcüddur.
Ana südü ilə bəslənmənin ümumi problemləri
Südün az əmələ gəlməsi, analar arasında ümumi narahatçılığa səbəb olur. Uşağınızın kifayət qədər süd aldığını sübut etmək üçün yaxşı üsullardan biri uşaq bələklərinin gün ərzində neçə dəfə dəyişdirilməsinin sayılmasından ibarətdir. Bələklər gün ərzində ən azi 5 – 6 dəfə dəyişdirilməlidir. Bununla belə, uşaq gündə ən azı 14 qram çəki yığmalıdır.
Südün miqdarının artırılmasına dair məsləhətlər
- Südün çoxalma refleksinin yaxşılaşması üçün əmizdirmədən öncə döşünüzə ilıq kompres qoyun.
- Uşağınızı tez-tez qidalandırın – uşağınızı nə qədər çox qidalandırsaz orqanizminiz uşağınızın tələbatını ödəmək üçün, bir o qədər çox süd istehsal edəcək.
- Südün əmələ gəlməsini stimulyasiya etmək üçün yedizdirmədən sonra 5 – 10 dəqiqə südsorandan istifadə edə bilərsiniz.
- Əmizdirmə zamanı döşünüzü massaj edin.
- İstirahət etmək və dincəlmək üçün vaxt tapın. Yardım və dəstək üçün ailə üzvlərinə müraciət edin.
Döş gilələrinin ağrıması əsasən onunla bağlıdır ki, uşaq lazımi qaydada əmizdirilmir və ya uşaq qucaqda yalnış vəziyyətdə tutulur.
Döş gilələrinin ağrımasının qarşısını almaq üçün məsləhətlər
- Döş gilələri nahiyəsini yuyarkan sabundan istifadə etməyin.
- Boş, quru və təmiz pambıq alt geyimlərindən istifadə edin.
- Yedizdirmədən sonra 10 dəqiqə ərzində döşünüzün havada qurumasına imkan verin.
- Lanolin tərkibli nəmləndirici vasitələrdən istifadə edin.
- Əmizdirmə zamanı döşünüzü massaj edin.
- Uşağı döşünüzdən ayırmazdan öncə daha süd əmməməsinə əmin olun.
- Əmizdirmədən öncə buzlu kisədən, əmizdirmədən sonra isə ilıq kompresdən istifadə edin.
- Əmizdirmədən öncə döş giləsi nahiyəsini yumşaltmaq üçün əlinizlə bir az süd süzün.
- Döş gilələri üçün plastik qoruycudan istifadə etməyin.
- Bir neçə gündən sonra ağrınız azalmasa, həkimə müraciət edin. Ola bilsin ki, sizdə süd kanallarının tıxanması səbəbindən mastit (süd vəzisinin iltihabı) başlamış olsun.
Süd sızması – heç də nadir hal deyil, xüsusilə də əgər bu sizin ilk uşağınızdırsa.
Süd sızmasının aradan götürülməsi üçün məsləhətlər
- Döş gilələri üçün tərkibində plastik olmayan yumşaq ara qatı qoruyucusundan istifadə edin
- Döş gilələrinin formasını düzəltmək üçün istifadə olunmursa, döş gilələri üçün bu qoruyuculardan istifadə etməkdən çəkinin.
- Əgər süd sızması südün çox olmasından baş verirsə, bunun qarşısını uşağınızı daha tez-tez əmizdirməklə ala bilərsiniz.
Durğunluq halları – uşağın doğulmasından 2 – 5 gün sonra analara xas olan haldır, bu uşağın əmizdirilməsini çətinləştirir və döş gilələrinin yastılanmasına və ya südün sızmasına gətirib çıxara bilər.
Durğunluq hallarının qarşısının alınması və müalicəsinə dair məsləhətlər
- İsti duş qəbul edin və əmizdirmədən öncə isidici döşəkçədən istifadə edin.
- Uşağı əmizdirən zaman döşünüzü döş gilələri istiqamətində yavaşca masaj edin.
- Əmizdirən analar üçün istifadə olunan alt geyimlərindən isitifadə edin.
- Kələm yarpaqları ilə soyuq kompres edin və döşünüzün üstündə təxminən 30 dəqiqə saxlayın.
- Durğunluq hallarını yüngülləşdirmək üçün bir neçə dəqiqəlik südsorandan istifadə edin.
Kanalların tıxanması – südün hər hansı bir hissədən tam süzülmədiyi zaman baş verir. Bu hal inkişaf etdikcə döşünüzün hissələrinin birində bərk düyün hiss edəcəksiniz.
Kanalların tıxanması aradan götürülməsinə dair məsləhətlər
- İlıq kompres drenajı yaxşılaşdıra bilər.
- Mümkün qədər çox istirahət edin.
- Uşağı mümkün qədər çox əmizdirin.
- Uşağı əmizdirən zaman döşünüzü döş gilələri istiqamətində massaj edin.
- Kanallar boşalan kimi, dərhal yüngüllük hiss edəcəksiniz. Düyün dərhal yox olacaq.
Çevrilmiş və yastı döş gilələri – Bu əmizdirmədə çətinlik yarada bilər, lakin buna baxmayaraq hələ də uşağı əmizdirmək mümkündür.
Uşağınızın döşü tutmasına kömək edən məsləhətlər
- Yastı döş giləsini uşağınıza daha rahat olması üçün şəhadət və böyük barmaqlarınız arasında sıxın və əmizdirin.
- Döş gilələrinizi “üzə çıxartmaq” üçün döş gilələri bəndlərindən gündə 3-4 saat istifadə etməlisiniz, xüsusən hamiləliyin üçüncü hissəsi (trimestri) ərəfəsində.
- Uşağınızı əmizdirmədən əvvəl südsorandan istifadə edin və ya bir neçə damcı süddən döş gilənizin üstündə saxlayın ki, əmməyə başlamasını həvəsləndirəsiniz.
- Süd vəzisinin iltihabı (mastit) – qripə bənzər simptomplar, o cümlədən yorğunluq, baş ağrısı, titrətmə, üşütmə, ürək bulanması və qusma üzə çıxaran döşün yoluxucu iltihabıdır. O, elcədə döşün qızarmasına və şişməsinə səbəb ola bilər. Süd vəzisinin iltihabı döş gilələrinin çat verməsinə , kanalların tıxanmasına və ya durğunluğa görə yarana bilər.
Uşağı əmizdirməyə dair məsləhətlər.
- Dincəlin.
- Adət etdiyinizdən çox maye için.
- Əmizdirməni davam etdirməyə çalışın.
- Sizi müalicə edən həkim, yəqin ki, 10-14 gün ərzində antibiotik qəbul etmənizi təyin edəcək.