Skip to main content
colic

Sancıların aradan götürülməsi

Sancılardan əziyyət çəkən körpələrin halı kifayət qədər bərk ağrı hiss edən körpələrin halına bənzəyir, bu səbəbdən onları sakitləşdirmək çətindir. Bu 2 – 3 həftəliyindən başlayaraq, 6 həftəliyində özünü ən çox biruzə verən körpə uşaqların ümumi problemidir. Körpə 3-4 ayına çatan zaman bu problem öz-özünə həll olunur.

 

Sancıların səbəbi

  • Sancıların səbəbi indiyənədək təyin edilməmişdir.
  • Mütəxəssislər hesab edirlər ki, körpə uşaqların həzm və sinir sistemi formalaşma prosesində olduğu üçün körpələr sancı hiss edirlər.
  • Hamiləlik dövründə siqaret çəkən və ya passiv siqaret çəkməyə məruz qalan anaların uşaqlarında sancılar daha tez-tez müşahidə olunur.

 

Sancıların aradan götürülməsi

  • Bu problemin təhlükəli olmadığına və sonunda həll olunacağına özünüzü inandırın.
  • Uşağı nəzakətli qucaqlamanızla, ritmik yırğalamalarla, gəzintilərlə, ilıq vannalarla, mahnı oxumaqla və masaj etməklə sakitləştirməyə çalışın.
  • Həmçinin uşağınızı uzandırıb, ona qısa müddət ərzində bir az ağlamağa imkan vermək də yaxşıdır. Arada sizin fasilə edə bilməniz üçün ailənin başqa üzvü uşağa baxa bilər.
  • Səbirli olun. Uşağınız böyüdükcə vəziyyət yüngülləşəcək.
  • Uşağınızın rasionunu sıx-sıx dəyişməkdən çəkinin
  • Əgər 3 – 4 ayından sonra uşağınızın yüksək qızdırması və titrəməsi, təkrarlanan qusma halları olarsa və sizə görə uşağınızın çəkisi artmırsa və ya ağlama halları davam edirsə, mütləq həkimlə məsləhətləşin