Uşağın yanında uzanın
- Uşağınızla birləşmənizin mümkün qədər tez baş tutması vacibdir.
- Çox vaxt yeni dünyaya gəlmiş körpə ilə möhkəm əlaqə yaratmaq üçün,onu qucaqlamanız, tumarlamanız, onunla söhbət etməniz və öpməniz bu əlaqəyə köməklik edir.
- Siz uşağınıza qarşı sevinc və bağlılıq hiss etdiyiniz zaman o, öz növbəsində sakitləşir, sizinlə özünü rahat hiss edir və bağlılıq daha da möhkəmləşir!
Uşağınızın ilk dəfə çimizdirilməsi
- Doğulduqdan sonra birinci həftə ərzində cansürtən ilə silinmə vanna qəbul etməsində daha uyğun ola bilər. Bunun üçün təmiz və ilıq cansürtən və flanel dəsmaldan istifadə edin. Uşağın əllərini, üzünü və cinsi orqanlar nahiyəsini mülayimcə silin.
- Vanna otağını və çimmək üçün nəzərdə tutulan suyu isti saxlayın.
- Yayılmış fikrə rəğmən, yeni doğulan körpələrin gündəlik vanna qəbul etmələrinə ehtiyac yoxdur.
- Güclü yuyucu vasitələrin həddən artıq istifadəsi, və hətta kran suyu, yeni doğulmuş körpənin inkişaf edən dərisinin zədələnməsinə gətirib çıxara bilər. – – Neytral yuyucu vasitələrin və ya xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulmuş sabunun pH göstəricisinə baxın və onlardan ilk həftələrdə tədricən istifadə edin.
- Balaca, islanmış və çox hərəkətli körpəni çimizdirmək bir az qorxu hiss yaradır. Bu təcrübə və özünə inam tələb edir. Sakit olun və əmin olun ki, siz uşağı yaxşı saxlaya bilirsiniz.
Vannada təhlükəsizliyə dair məsləhətlər.
- Uşağı heç vaxt gözünüzdən qaçırmayın. Bir dəqiqəlik belə. Qapı zəngi və ya telefon çalırsa, uşağı vannadan özünüzlə aparmaq lazımdır.
- Vannaya su dolan zaman heç vaxt uşağı onun içinə qoymayın.
- Su isidənin 49°C dərəcədən yüksək olmamasına əmin olun, su hərarəti göstərilən dərəcədən yuxarı olduğu halda uşaq üçüncü dərəcəli yanıqlar ala bilər.
Uşağı necə çimizdirmək lazımdır
- Əllərinizi yuyun. Vanna üçün lazım olan bütün ləvazimatları yığın və ən azı bir ədəd təmiz dəsmal, təmiz uşaq əskisi və paltarlar hazırlayın.
- Vannanı ilıq su ilə doldurun və içinə bir neçə damcı uşaq üçün yuyucu losyon əlavə edin.
- Uşağınızı vanna otağına aparın və tam soyundurun.
- Ayaqlarından başlayaraq, bir əllə boynunu və başını tutaraq, yavaş-yavaş uşağı vannaya qoyun. Çimizdirmə zamanı suyun soyumaması üçün müttəmadi olaraq vannanın içinə su əlavə edin.
- Çimizdirmə zamanı əlinizlə və ya flanel cansürtənlə uşağı qabaqdan və arxadan, başından ayağına kimi yuyun. Uşağın başını nəm sabun flanellə yuyun. Nəm pambıq kürrəciklərdən istifadə edərək, uşağın gözlərini və üzünü təmizləyin. Əgər burun deşiklərində və ya uşağınızın gözlərinin künclərində yığılmış selik quruyubsa, çirklənmiş yerləri yumşaltmaq üçün bir neçə dəfə isladın və səliqə ilə silin.
- Uşağınızı su ilə yaxşıca yuyun, sonra onu vannadan qaldırın, bir əllə boynunu və başını, o biri əllə ombasının birini böyük və şəhadət barmaqları arasında saxlayaraq, bədəninin aşağı hissəsindən tutun (unutmayın ki, uşağın bədəni yaş olan zaman çox sürüşkəndir).
- Başlıqlı dəsmala uşağı bükün, dərhal onu qupquru silin və bələyin üstünə qoyun. Sonra onu yenidən quru dəsmala və ya ədyala bükün, və on dəqiqə ərzində uşağı tumarlayaraq və qucaqlayaraq, özünü rahat hiss etmək imkanını verin. Çimdirəndən sonra yüngül losyon və ya krem istifadə edə bilərsiniz.
Uşaq əskisinin dəyişdirilməsi
- Uşaq bezini müntəzəm olaraq dəyişin, belə ki, sidik və nəcis bişməcə əmələ gətirə bilər.
- Adətən körpə uşaqlar gündə bir neçə dəfə böyük bayıra çıxır və bir necə saatdan bir sidiyə gedirlər. Birdəfəlik uşaq bezləri yaxşı hopdurucudur, ona görə də nəm olub-olmamasını bir neçə saatdan bir yoxlamaq lazımdır.
Uşaq bezinin dəyişilməsi üçün hazırlıq:
- Üstü yuyulan masa və ya lövhə.
- Təmiz bez.
- Çirkli uşaq bezi üçün zibil qutusu.
- Nəm salfet və ya pambıq kürrəciklər və ilıq su.
Testlər və müayinələr
Uşağınızın sağlam olmasına və özünü yaxşı hiss etməsinə zəmanət vermək üçün, dünyaya gəlməsindən sonra ilk bir neçə saat ərzində, o, bir sıra test və müayinələrdən keçəcək.
APGAR şkalası – körpənizin sağlamlığını yoxlamaq üçün asan, ağrısız və effektiv üsul. Qiymətləndirmələr növbəti meyarlara əsaslanır: A – dəri örtüyünün rəngi, P – ürək döyüntüsünün tezliyi, G – reflektor qıcıqlanma qabiliyyəti, A – hərəkət aktivliyi və əzələ tonusu, R – nəfəs alma qəbliyəti.
- 8 – 10 bal yığmış yenidoğulmuşlar əla vəziyyətdədirlər.
- 5 – 7 bal yığanlar orta ağır vəziyyətindədilər və süni ventilyasiyaya ehtiyacları ola bilər.
- 5 dən az yığanlar ağır vəziyətdədir və təcili yardıma ehtiyacları var.
Dabanından götürülmüş qan analizi – körpənin bir həftəsi tamam olanda keçirilir. Qan fermentin defisitinə (fenilketonuriya), qalxanvarı vəzin hormon defisitinə (anadangəlmə hipotireoz), qalaktozemiyaya, adrenoqenital sindrom və mukovissidoza (ağ ciyərlərə və həzm sisteminə zərər vuran xəstəlik) dair yoxlanılır.
Tam tibbi müayinə – müalicə edən həkim körpənin başını, qulaqlarını, gözlərini, ağız boşluğunu, ürəyi, ağ ciyəri, cinsi orqanları, dərini, əlləri və pəncələri, bel onurğasını, ombaları və refleksləri yoxlayacaq.